Modern.az

Zahid Orucun hakimiyyətlə əlaqələri HAQDA: “Ona etibar var” 

Zahid Orucun hakimiyyətlə əlaqələri HAQDA: “Ona etibar var” 

Parlament

21 Aprel 2018, 15:42

“Zahid Oruc ötən ilin dekabrında parlamentin iclasında deyəndə ki, növbədənkənar prezident seçkisinə ehtiyac var, bəzi millət vəkilləri ona etiraz etdi, seçkinin vaxtında keçiriləcəyini iddia etdilər. Bir həftə sonra Zahid Orucun dediyi düz çıxdı”.

 

Modern.az-ın məlumatına görə, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

 

O bildirib ki,  Zahid Oruc bir neçə saat əvvəl Novruz Məmmədovun baş nazir olacağı anonsunu verib.

 

“Bu da düz çıxdı. Deyə bilərsiniz ki, bu hakimiyyətin hansısa qolundan ötürülən informasiya əsasında baş verir. Ola bilər. Ancaq bu informasiya niyə başqa millət vəkili vasitəsilə ictimaiyyətə ötürülmür?

 

Demək hakimiyyətdə Zahid Oruca etibar var. Digər tərəfdən Zahid Oruc hakimiyyət içindəki prosesləri doğru proqnozlaşdıraraq da ictimaiyyətə bəlli mesajları ötürə bilər. Kim nə deyir-desin Zahid Orucun polemika qabiliyyətini yüksək qiymətləndirirəm. Devalvasiya dövründə onun hakimiyyətin iqtisadi sferasına cavabdeh olan qollarını kəskin tənqidi də yerində idi”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər