Modern.az

Moskvada güclü qasırğa -  2  ölü, 17  yaralı

Moskvada güclü qasırğa -  2  ölü, 17  yaralı

21 Aprel 2018, 21:23

Moskvada güclü qasırğa nəticəsində biri uşaq olmaqla 2 nəfər ölüb, 17 nəfər xəsarət alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, xəsarət alanlardan 14 nəfəri xəstəxanaya yerləşdirilib, onlardan üçü uşaqdır.  

 

Yağışla müşayiət olunan güclü külək yüzlərlə ağacı aşırıb, bir çox binanın damını uçurub, elektrik naqilləri qırıb və sair fəsadlar törədib.

 

Qasırğanın fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər görülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular