Modern.az

Ermənistan prezidenti müxalifət lideri ilə görüşüb

Ermənistan prezidenti müxalifət lideri ilə görüşüb

21 Aprel 2018, 21:50

Ermənistan prezidenti Armen Sarkisyan Yerevanın Respublika meydanında keçirilən etiraz aksiyasına gələrək müxalifət lideri Nikol Paşinyanla görüşüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, görüşdən sonra A.Sarkisyan etirazçılarla dialoqun aparılacağına ümidvar olduğunu bildirib.

 

Ermənistanın keçmiş prezidenti  Serj Sarkisyanın  baş nazir olması ilə bağlı etiraz aksiyaları aprelin 13-dən başlayıb. Etirazlara baxmayaraq, aprelin 17-də Serj Sarkisyan  parlamentdə keçirilən xüsusi iclasda bu posta təyin olunub.

 

Ölkə Konstitusiyasına edilən dəyişikliyə əsasən, Ermənistan parlament üsul idarəçiliyinə keçir və prezidentin səlahiyyətləri baş nazirə verilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Pezeşkian Zəngəzur dəhlizinə dəstək verdi