Modern.az

Sabirabadda 26 yaşlı gənc bıçaqlanıb

Sabirabadda 26 yaşlı gənc bıçaqlanıb

22 Aprel 2018, 12:19

Sabirabadda bıçaqlanma hadisəsi baş verib.

 

Modern.az-ın APA-ya istinadən məlumatına görə, ötən gecə Sabirabad sakini, 1992-ci il təvəllüdlü Məmmədli Orxan Rasim oğlu hələlik istintaqa məlum olmayan şəxs tərəfindən bıçaqlanıb.

 

O. Məmmədli döş qəfəsini dəlib-keçən, ürək və ağ ciyərin zədələnməsi diaqnozu ilə Şirvan mərkəzi şəhər xəstəxanasında əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib.

 

 

Hələlik hadisənin kim tərəfindən törədildiyi məlum deyil.

 

Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU