Modern.az

Ərdoğan: "Bıçaq sümüyə dirənib, bunun əvəzi çıxılacaq"

Ərdoğan: "Bıçaq sümüyə dirənib, bunun əvəzi çıxılacaq"

Təhsil

15 Avqust 2011, 12:08

Rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AKP) 10-cu ildönümü mərasimində çıxış edən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan kürdlərin təmsil olunduğu BDP-yə və terror örgütü PKK-ya növbəti sərt mesajlar göndərib.

“Bıçaq sümüyə dirənib, əvəzi ağır olacaq" deyə Ərdoğan vurğulayıb.

Modern.az
“CNN Türk”ə istinadən bildirir ki, Rəcəb Tayyib Ərdoğan Ankarada təşkil edilən iftar mərasiminin ardından çox əsəbi tonda çıxış edib:

“Bu mübarək Ramazan ayında təəssüf ki, balalarımız şəhid edilir və balalarımızı şəhid edən bu bölücü terror təşkilatına qarşı bizlər mübarək ayda səbrlə davam edirik. Amma unutmayın, bizim mədəniyyətimizin keçmişində, o cəhalət dövründə belə, kimsə kimsəyə güllə atmaz, qan tökməzdi. Amma bu bölücü terror təşkilatı və onların siyasi uzantıları baxın nələr edirlər. Daha dünən 3 əsgərimizi şəhid etdilər. Baxın, unutmayın artıq yenə açıq söyləyirəm, bıçaq sümüyə dirənib və bu ölkədə bölücü terror təşkilatıyla arasına məsafə qoymayanlar da cinayətdə iştirak edirlər, onlar da bunun əvəzini ödəməyə məhkum olacaqlar".

Ərdoğan "nə aldadan olacağıq, nə aldanan olacağıq. Cəmiyyətin haqqı və vicdanı olmağa davam edəcəyik” deyib. Baş nazir bildirib ki, “Türkiyədə barışa kölgə salanlar, qan tökərək azadlıqdan məhrum edilənlər, məmurları, əsgərləri, öldürənlər, qaçıranlar bizlərin təslim olacağını, “sağ ol” edəcəyimizi zənn edirlərsə, bunu bizdən gözləməsinlər. bunun fakturası ağır olacaq".

Ərdoğan "Ramazana hörmət olaraq, biz bu anda səbr edirik, amma Ramazanın bitimindən sonra biləsiniz ki bu ölkədə barışın miladı, bu barış ayıyla birlikdə, bu həmrəylik ayıyla birlikdə çox daha fərqli olacaq" deyə vurğulayıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım