““Eks- prezidentlər haqqında” qanunun hazırlanması ilə bağlı söhbətlər olsa da, ortada hələki real iş yoxdur”. Bu barədə keçmiş prezident Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəyli Modern.az-a qanun layihəsinin qəbulu ilə bağlı aparılan müzakirələrə münasibət bildirirərkən deyib.
Onun sözlərinə görə, adıçəkilən qanun ətrafında bu qədər ajiotaj yaradılmasını başa düşmür.
“Bu qanunun Milli Məclisdə qəbul edilməsi üçün qeyri-adi heç nə yoxdur. Qeyd edim ki, Müsavat deputat qrupu, Fazil Mustafa, Cəmil Həsənli vaxtilə bu qanun layihəsini hazırlayıb parlament rəhbərliyinə təqdim ediblər”-deyə A.Səmədbəyli qeyd edib.
O vurğulayıb ki, eks-prezidentin ailəsi Milli Məclisin payız sessiyasında bu qanunun müzakirə edilməsinə və qəbul olunmasına inanmır.
“Amma ümid edirik ki, bu qanun əvvəl-axır qəbul olunacaq”-deyə A.Səmədbəyli qeyd edib.
O həmçinin bildirib ki, Əbülfəz Elçibəyin ailəsinin Türkiyəyə köçməsi ilə bağlı məsələ hazırda gündəmdə deyil.