Modern.az

Deputat və ARDNŞ nümayəndələri alternativ enerji ilə bağlı Avropaya gedib

Deputat və ARDNŞ nümayəndələri alternativ enerji ilə bağlı Avropaya gedib

Təhsil

15 Avqust 2011, 17:02

Avqustun 13-dən başlayaraq Milli Məclisin deputatı Fuad Muradov və Dövlət Neft Şirkətinin nümayəndələri alternativ enerji mənbələrinin öyrənilməsi və bu istiqamətdə mövcud olan qanunvericilik bazasının Azərbaycan təcrübəsində istifadə olunması üçün Avropaya səfər ediblər.

Bu barədə Modern.az saytına millət vəkili özü məlumat verib. F.Muradov qeyd edib ki, səfər çərçivəsində onlar iki ölkədə olacaqlar: “İlk olaraq İslandiyada olacağıq. Orda İslandiya parlamentinin, eyni zamanda enerji komitəsinin üzvləri ilə görüşəcəyik. Bildiyimiz kimi, Avropada ən çox alternativ enerjidən istifadə edən ölkə İslandiyadır və onun təxminən 80 faiz enerjisi geotermal enerjidən əldə edilir. Bu məqsədlə bizim Dövlət Neft Şirkətinin və bu istiqamətdə çalışan digər dövlət qurumlarının nümayəndələri ilə birlikdə ora səfər edəcəyik, eyni zamanda orada qanunvericilik bazasının öyrənilməsinə çalışacağıq”.

Millət vəkili artıq Azərbaycanda bu istiqamətdə qanunvericiliyin təkmilləşməsi ilə bağlı işlərin başladığını vurğulayıb. Fuad Muradov alternativ enerji, bərpa olunan enerji ilə bağlı həmin qanunvericiliyin Azərbaycanda olmasına da çalışacaqlarını deyib: “Biz İslandiyanın müvafiq dövlət qurumları, parlament nümayəndələri ilə görüşdükdən sonra gedib həmin geotermal enerji mənbələrinə və alternativ enerji mənbələrinə baxış keçirəcəyik, çalışacayıq ki, həmin təcrübəni Azərbaycana gətirək”.

Deputat bundan başqa Almaniyanın Frankfurt yaxınlığında fəaliyyət göstərən alternativ enerji mənbələrinə baxış keçirəcəklərini, eyni zamanda hökümətlə görüş keçirəcəklərini söyləyib: “Onlardan bunu necə əldə etdiklərini, hansı qanunvericilyin təkmilləşməsinin vacib olduğunu öyrənəcəyik. Bu gün Almaniyada bütün atom elektrik stansiyalarının bağlanması ilə bağlı işlər gedir və bunun üçün alternativ enerji mənbələri axtarılır”.

Deputat alternativ enerjidən istiafədinin Azərbaycan üçün də vacib olduğunu düşünür: “Düzdür bizim neft, qaz enerjimiz mövcuddur, amma buna baxmayaraq hökümətin düşündüyü odur ki, artıq altenativ, bərpa olunan enerji ilə bağlı işlər görmək lazımdır. Bununla bağlı biz çalışacayıq ki, həmin qanunvericiliyi öyrənək və Azərbaycana tətbiq edək. Eyni zamanda orada bərpa olunan alternativ enerji mənbələri ilə tanış olaq”.

Aytən ƏLİYEVA

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım