Artıq Yerevanın Respublika meydanına etirazçılar yığışmağa başlayıblar.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə etriazçıların lideri Nikol Paşinyan aprelin 24-ü elan edib.
Etirzaçıların əsas məqsədi bu dəfə hakim partiyanı devirməkdir.
Nikol Paşinyan öz “Facebook” hesabından canlı yayımda etriazçıları meydana dəvət edib.
“Artıq məlumdur ki hakim “Respublika” partiyası və Karen Karapetyan elə fikirləşir ki xalq Sarkisyanın getməsi ilə qane oldu. Onlar bununla öz partiyalarının hakimiyyətini qoruyub saxlamaq istəyirlər. Fikirləşirəm ki, biz aydın şəkildə özümüzü ifadə etməliyik ki, hadisələrin bu cür gedişi bizim inqilabın planlarına və proqramına daxil deyil. Sarkisyan getdi. Ona imkan vermək olmaz ki, kölgədən “Respublikaçılar”ın əli ilə öz işlərini görsün. “Respublika” partiyası da hakimiyyətdən getməlidir. Biz onlara bunu etməyə imkan verməyəcəyik. Və bunu nə qədər tez başa düşsək bir o qədər yaxşı olacaq” – Paşinyan bildirib.
Xatırladaq ki, aprelin 24-də Nikol Paşinyan hakim partiyanın nümayəndəsi və baş nazir vəzifələrinin müvəqqəti icraçısı Karen Karapetyanla danışıqların davam etdiriləcəyini bildirmişdi. Lakin sonra Karapetyan Paşinyanın birtərəfli yeni tələblər irəli sürməsi ilə əlaqədar danışıqların dayandırıldığını elan edib.
Əvəz ZEYNALOV