Modern.az

Demokratiya yoxsa ictimai təhlükəsizlik

Demokratiya yoxsa ictimai təhlükəsizlik

16 Avqust 2011, 09:44

Milli Məclisin deputatı

Böyük Britaniyanın baş naziri Devid Kemeron “Sunday Telegraph” qəzetinə müsahibəsində küçə cinayətlərinə qarşı amerikan proqramı olan “sıfır dözümsüzlük” proqramına keçdikləri barədə fikir bildirib.

“Zero tolerance” – Amerikanın küçədə baş verən hətta kiçik ictimai təhlükəli hərəkətlərə də qarşı sərt tədbirlərin görülməsi ilə bağlıdır ki, bu da hökumətin küçədə baş verən ən kiçik qanun pozuntularına qarşı belə göz yummayacağı barədə mesajdır.
Məncə, ictimai təhlükəsizlik baxımından ən gözəl tədbirdir. Amma bir necə gün bundan öncə forumların birində Devid Kemeronun insanların mitinq haqqını tapdalaması, demokratik ab-havanı boğması ilə bağlı fikirlər oxudum. Yazırdılar ki, “Niyə insanların söz hüququnu tanımır ingilis höküməti?”, “Nə səbəbə kasıb insanlara qarşı azğın hakimiyyət silah (yəni, su şırnaqları ) işlədir?”, “Bu necə hökümətdir ki, mitinq edən insanları gəlib evlərində həbs edirlər?”, “11 yaşlı uşağı öldürən polislərin vicdanı varmı?”
Forumda yazanlar hələ bir az da irəli gedib soruşurlar ki, niyə insan haqlarını müdafiə edən təşkilatlar susurlar?!
İnanmadım. Susmazlar dedim. Bütün insan haqları təşkilatlarının saytlarına baş vurdum. Səssizlik və sükut.
Avropanın göbəyində baş verənlərə göz yumurlar. Çox laqeyddirlər, vallah. “Yəqin, istirahətdədirlər. Tətil vaxtına düşüb”- deyə düşündüm.
Amma zamanında Torqovı adlanan Fəvvarələr Meydanına çıxanların bir-bir şəkillərini çəkən əcnəbi informasiya agentliklərinin də “sıfır dözümsüzlük” siyasətini görüb başa düşdüm ki, əslində hər şey yaxşıdır. Sadəcə demokratiya deyilən bir zad yalnız burada – Azərbaycanda axtarılır. O, sən demə Azərbaycan doğumludur. Və heç bir zaman nəinki Avropaya, hətta Qafqazın digər respublikalarına gedə bilməz.

P.S. Yəqin xarici pasportu yoxdur Demokratiya qardaşın (bəlkə də bacının)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı