Modern.az

Azərbaycanın millət vəkili İslandiyada görüşlər keçirib (FOTOLAR)

Azərbaycanın millət vəkili İslandiyada görüşlər keçirib (FOTOLAR)

Parlament

16 Avqust 2011, 10:32

Avqustun 13-dən başlayaraq Milli Məclisin deputatı Fuad Muradov və Dövlət Neft Şirkətinin nümayəndələri alternativ enerji mənbələrinin öyrənilməsi və bu istiqamətdə mövcud olan qanunvericilik bazasının Azərbaycan təcrübəsində istifadə olunması üçün Avropada səfərdədirlər.
Millət vəkilinin mətbuat xidmətinin Modern.az-a verdiyi məlumata görə Fuad Muradov İslandiyada bir səra görüşlər keçirib. İlk olaraq İslandiyanın Sənaye, Enerji və Turizm Nazirliyinin baş katibi Kristijan Skarheninson və siyasi məsələlər üzrə müavin Kolbeinn Marteinssonla millət vəkilinin görüşü olub.  
Görüş zamanı Azərbaycan haqqında geniş məlumat verən Fuad Muradov İslandiya ilə Azərbaycan arasında turizm imkanları haqqında fakir mübadiləsi aparıb.
Millət vəkili İslandiyanın Enerji problemləri Üzrə Elmi Tədqiqat Müəssisəsinin rəhbəri cənab Olafur G.Flovenz ilə də görüşüb. Görüş zamanı alternativ və bərpa olunan enerji mənbələri, onun inkişafı və perspektivləri barədə geniş müzakirələr aparılıb. Eyni zamanda qanunvericilikdə lazım olan tənzimləmələrin Azərbaycan realığında istifadə olunması da bildirilib.

Millət vəkili günün ikinci yarısı Reykyanes şəhərində yerləşən geothermal enerji stansiyasında olub. Burada yeni texnologiyalardan istifadə nəticəsində ətraf mühitə heç bir tullantı atılmır. Qeyd edək ki, bu təcrübənin Azərbaycanda da tətbiq edilməsi mümkündür.






Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı