Türkiyə Kubokunda yarımfinal mərhələsinin “Fənərbaxça”-“Beşiktaş” oyunu qaldığı yerdən davam etdiriləcək.
Bu barədə qərarı Türkiyə Futbol Federasiyası verib.
Qalmaqallı derbi yarımçıq dayandırıldığı 57-ci dəqiqədən etibarən davam edəcək.
Lakin matçın qalan hissəsi boş tribunalar önündə keçiriləcək.
Oyun mayın 3-nə təyin olunub.
Qeyd edək ki, “Şükrü Saraçoğlu” stadionunda keçirilən “Fənərbaxça”-“Beşiktaş” görüşü 0:0 olarkən azarkeşlərin meydana yad əşyalar atması səbəbindən təxirə salınmışdı. Komandalar arasında baş tutan ilk qarşılaşmada isə 2:2 hesabı qeydə alınmışdı.