Modern.az

Şəhidlər xiyabanı yenidən qurulur

Şəhidlər xiyabanı yenidən qurulur

Təhsil

16 Avqust 2011, 12:19

Hazırda əsaslı şəkildə yenidən qurulan Gəncədəki Şəhidlər xiyabanında şəhidlər abidəsi ucaldılacaq. Bu barədə Modern.az-a Gəncə Şəhər İcra Hakimiyyətinin Əhaliyə xidmət şöbəsindən məlumat verilib. Bütün bu işlərin ilin sonunadək yekunlaşması gözlənilir.

Gəncə Şəhər İcra Hakimiyyətinin əhaliyə xidmət şöbəsinin rəisi Ələddin Hüseynov bildirib ki, Şəhidlər xiyabanında rekonstruksiya və təmir işlərinə aprel ayından başlanılıb. İndiyədək ümumilikdə işlərin 60%-i görülüb. 3 min kvadrat metr ərazini əhatə edən Şəhidlər xiyabanında qəbirlərin hamısı təmir edilərək eyni formaya salınır.
“Burada 366 şəhid qəbri var. Onlardan 351-nin artıq sinədaşı, 100-dən artığının isə başdaşı dəyişdirilib. Günə 3-4 başdaşı dəyişdirilir. Heç bir çətinlik yoxdur, tezliklə bu işləri yekunlaşdıracağıq”.

Müsahibimiz həmçinin, bildirib ki, vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinə ehtiram olaraq Şəhidlər xiyabanında şəhidlər abidəsi də tikiləcək Qeyd edək ki, tikiləcək şəhidlər abidəsi qırmızı və qara mərmərlə bəzədiləcək, mərkəzdə 4 metrlik günbəz olacaq. Abidənin ümumi hündürlüyü isə 22 metr olacaq.


Xaliq Qurbanov
Gəncə

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım