Qırğızıstanda prezidentliyə namizədlərin qeydiyyatı başa çatıb. Ölkəyə rəhbərlik uğrunda 82 namizəd mübarizə aparacaq. Mərkəzi Seçki Komissiyası namizədlərdən 16-nın partiyalar tərəfindən irəli sürüldüyünü, digərlərinin isə müstəqil namizədlər olduğunu bildirib.
Qırğızıstanda prezident seçkiləri oktyabrın 30-da keçiriləcək. Hazırda ölkəyə müvəqqəti olaraq Roza Otunbayeva rəhbərlik edir. Konstitusiyaya əsasən o, prezidentliyə iddia edə bilməz.
Modern.az