Modern.az

Yevlaxdakı Cümə məscdinin imamı da həbs olunub

Yevlaxdakı Cümə məscdinin imamı da həbs olunub

Təhsil

16 Avqust 2011, 13:34

Yevlax Cümə məscidinin imam camaatı Hacı Ramin Quliyev və Yevlax ruhanisi Samir Məmmədov bu gün səhər saatlarında saxlanılıblar. Modern.az islamçılara yaxın islamazeri.az saytına istinadən bildirir ki, bu barədə həmin redaksiyaya məlumat daxil olub.
Məlumatda bildirilir ki, polislər Ramin Quliyevi və Samir Məmmədovu polis bölməsinə aparıblar. Lakin onların saxlanılması haqda heç bir məlumat verilmir. Hazırda polis bölməsinin qarşısında çox sayda dindarların toplaşdığı qeyd olunur.

Xatərladaq ki, Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq tərəfindən ötən həftə birgə həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə və onun nümayəndələrinə kömək etməkdə, eləcə də ölkədə iğtişaşların törədilməsində, ictimai təhlükəsizliyin pozulmasında, insanların itaətsizliyə təhrik edilməsində şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları - Süleymanov Abgül Nemət oğlu, Bayramov Ramin Cahangir oğlu və Qəniyev Arif Gülsuvar oğlu saxlanılıblar. Onlar "Cəfəri" adlı dini radikal qrupun üzvləri olublar.

 

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım