Sevgi və yardımlaşma ayı hesab edilən müqəddəs Ramazan ayında iftar süfrələri təşkil edilir. Belə mərasimlərdən biri də Qubadan seçilmiş millət vəkili Vahid Əhmədovun təşəbbüsü ilə baş tutub. Millət vəkilinin köməkçisi Arif Orucovun Modern.az-a verdiyi məlumata görə, Quba şəhərində yerləşən “Üç gözəl” şadlıq saraynda təşkil edilən iftar süfrəsində rayonun din xadimləri ilə yanaşı 100-ə yaxın Quba sakini də iştirak edib.
İftarda ölkəmizin inkişafı və güclənməsi, Qarabağ düyününün həlli istiqamətində dualar edilib, hər bir azərbaycanlıya xoşbəstlik, səadət bol ruzi-bərəkət arzulanıb.