Modern.az

Karen Karapetyan baş nazirliyinə namizəd oldu

Karen Karapetyan baş nazirliyinə namizəd oldu

26 Aprel 2018, 15:27

Ermənistan Respublika Partiyası keçirdiyi təcili iclasda Karen Karapetyanı baş nazir postuna namizəd irəli sürüb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o mayın 1-də keçiriləcək seçkidə namizəd olacaq.

“Respublika Partiyası 1 may seçkilərində Karen Karapetyanın namizədliyini irəli sürmək barədə qərar verib”.

 

Qeyd etmək lazımdır ki, mayın 1-də baş tutacaq parlament iclasında baş nazir seçilmək üçün 53 deputatın səsi kifayətdir. Hakim Respublika Partiyasının isə hazırki parlamentdə 58 mandatı var.

 

Whatsapp
Bizə yazın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı