“Rusiyada qarşıdakı prezident seçkilərini nəzərə alsaq Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi müəyyən müddət üçün dondurulacaq”. Modern.az bildirir ki, bu barədə erməni “Daşnaksütyun” partiyasının siyasi məsələlər üzrə rəhbəri Kiro Manoyan bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, tərəflərin son addımlarından aydın görünür ki, bu istiqamətdə hansısa irəliləyişlər gözləməyə dəyməz. O həmçinin vurğulayıb ki, hər iki prezidentin rusiyalı həmkarı Medvedevin təkliflərinə münasibəti mənfi olub.
“Ona görə də Sərkisynanın Medvedevlə iki gün qabaq üçün vəd edilən rəsmi görüşü baş tutmadı”-deyə Manoyan bildirib.
“Daşnaksütyun” rəhbərinin fikrincə, erməni tərəfi danışıqlarda irəliləyişi yalnız Dağlıq Qarabağın müstəqil tərəf kimi tanınması zamanı mümkün sayır.
“Əgər Azərbaycan buna razılıq versə, inkişaf mümkün olacaq. Amma Azərbaycan bunun qəti əleyhinədir”-deyə Manoyan qeyd edib.
Modern.az