Modern.az

Fəzail Ağamalı 1992-ci ildə qəbul edilmiş qanundan narazıdır

Fəzail Ağamalı 1992-ci ildə qəbul edilmiş qanundan narazıdır

Təhsil

16 Avqust 2011, 14:53

Azərbaycanda siyasi partiyaların fəaliyyətinin təkmilləşdirilməsi vacibdir. Modern.az xəbər verir ki, bunu YAP-nın rəsmi saytına Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib. “Hesab edirəm ki, bu baxımdan  «Siyasi partiyalar haqqında» yeni qanun ciddi rol oynaya bilər. Sənəd partiyaların fəaliyyətində müsbət təsirini göstərəcək».

F.Ağamalı onu da qeyd edib ki,  1992-ci ildə qəbul edilən bu qanun indiki reallıqlara cavab vermir. Bu baxımdan, bu qanunun təkmilləşdirilməsi istiqamətində atılan addımlar təqdirəlayiqdir.

Deputat  deyib ki, Milli Məclisdə təmsil olunan bütün partiyalar həmin sənədin yeniləşdirilməsinin tərəfdarı olduğunu bildirib.

“Azərbaycan müvafiq qanunları ekspertizadan keçmək üçün beynəlxalq təşkilatlara göndərir ki, bu da əhəmiyyətlidir. Çünki qanunlarımız Avropa standartlarına uyğunlaşdırılır. Bu baxımdan, Venesiya komissiyası ilə əməkdaşlıq xüsusi qeyd olunmalıdır. İnanıram ki, Avropa Şurasının Venesiya komissiyası layihəyə müsbət rəy verəcək. Fikrimcə, sənədi payız sessiyasında parlamentdə müzakirəyə çıxara biləcəyik. Bu qanunun qəbulu ilə siyasi partiyaların formalaşmasında və inkişafında yeni bir mərhələ başlayacaq”-deyə F.Ağamalı vurğulayıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım