Modern.az

Şimali və Cənubi Koreya liderlərinin tarixi görüşü - Prezidentlər zarafatlaşdılar - FOTOLAR

Şimali və Cənubi Koreya liderlərinin tarixi görüşü - Prezidentlər zarafatlaşdılar - FOTOLAR

27 Aprel 2018, 10:19

Cənubi Koreya və Şimali Koreya liderləri arasında tarixi görüş baş tutub.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Kim Çen In zarafatla Cənubi Koreya lideri Mun Çje İnə onu səhərlər raket sınağı ilə oyatmacağına söz verib.

 

“Çalışacam ki, səhərlər sizi raket sınaqlarının səsinə oyatmasınlar”-deyə Kim Çen In deyib. Mun Çje İn isə həmkarına birgə sammit keçirdiyi üçün təşəkkürünü bildirib.

“Ümd edirəm ki, biz bu gün xalqlarımızın çoxdan arzuladığı sülhə nail ola biləcəyik”.

Mun Çje İn iki ölkəni birləşdirəcək dəmir yolu xəttinin çəkilməsini də təklif edib.

 

Danışıqların ilk raundu başa çatdıqdan sonra tərəflər günorta yeməyinə gediblər.

 

Onların görüşü Pxanmuncom kəndində keçirilir. Bu kənd Şimali Koreya ilə sərhəddə, Cənubi Koreya ərazisində yerləşir. Kim Çen In Cənubi Koreyaya ayaq basan ilk Şimali Koreya lideridir. 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!