Modern.az

Ermənistanda iqtidarla müxalifətin dialoqu yenə baş tutmadı

Ermənistanda iqtidarla müxalifətin dialoqu yenə baş tutmadı

27 Aprel 2018, 11:53

Ermənistanın baş nazir vəzifəsini icra edən hakim partiyanın nümayəndəsi Karen Karapetyan etirazçıların lideri Paşinyanla görüşdən imtina edib.

 

Modern.az Nazirliyin mətbuat katibi Aram Araratyanın “Feysbuk” hesabına istinadən xəbər verir ki, nazir danışıqları perspektivsiz sayır.

 

“Baş nazir vəzifələrinin icraçısı hesab edir ki, bir görüşdə ki, bir tərəf diktə edir, digər tərəfsə, heç bir təklif verə bilmir. Burada heç bir danışıqlardan söz gedə bilməz” – Araratyan öz “Feysbuk” hesabında yazıb.

 

Qeyd edək ki, Karapetyan da eks prezident Serj Sarkisyanın iddialarını təkrarlayıb. Araratyan həmçinin bildirib ki, Karapetyan hesab edir ki, görüşün kameralar qarşısında keçirilməsi artıq gösətrir ki, Paşinyanın məqsədi danışıqlarda nəticə əldə etmək deyil.

 

Əvəz ZEYNALOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!