Formula 1 Azərbaycan Qran Prisinin ilk sərbəst yürüşünün qalibi bəlli oldu.
Modern.az xəbər verir ki, birinci yerin qalibi “Mercedes” komandasının pilotu Valterri Bottas olub. İkinci yeri "Red Bull" komandasının pilotu Daniel Rikkardo, üçüncü yeri isə "Fors İndia"nın heyətində Serxio Peres tutub.
Qeyd edək ki, 13:00-da başlayan sərbəst yürüşlər 1 saat 30 dəqiqə davam edib.
Digər yerlər isə belədir:
4. Luis Hamilton, “Mercedes”in heyətində Luis Hamilton,
5. Esteban Okon, "Fors İndia"komandası;
6. Maks Ferstappen, "Red Bull"komandası;
7. Fernando Alonso, "MakLaren"komandası;
8. Sergey Sirotkin, "Uilyams"komandası;
9. Pyer Qasli, “Toro Rosso” komandası;
10. Sebastian Fettel, "Ferrari" komandası.