Modern.az

Bu ölkədə küçədə paltar asmaq qadağan edildi

Bu ölkədə küçədə paltar asmaq qadağan edildi

27 Aprel 2018, 23:00

Aşqabadın mərkəzi “Mir-2” mikrorayonunda bir neçə yaşayış binasının sakinlərinə küçədə paltar asmaq qadağan edilib.

Modern.az  xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Türkmənistan xidməti məlumatlı mənbələrə istinadən informasiya yayıb.

Qadağa aprelin 29-a kimi qüvvədədir. Mikrorayonun yollarına polis naryadları təyin olunub.  Qadağanın Türkmənistanın prezidenti Qurbanqulu Berdiməhəmmədovun planlaşdırılan şəhər gəzintisi ilə əlaqəli olduğu bildirilir.

“Bizə tapşırıblar ki, küçədən paltar asmayaq, göstərişə əməl etməsək, işığımızı kəsəcəkləri ilə hədələyiblər”, - deyə sakinlərdən biri bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!