Modern.az

Abdulla Gül prezidentliyə namizədlik məsələsinə nöqtə qoydu  

Abdulla Gül prezidentliyə namizədlik məsələsinə nöqtə qoydu   

28 Aprel 2018, 14:57

Türkiyənin keçmiş prezidenti Abdullah Gül yayda keçiriləcək növbədənkənar seçkilərdə prezidentliyinə namizədliyini irəli sürməyəcək.

Modern.az saytı “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, bu haqda söz-söhbətlərə Abdulla Gülün özü nəhayət bu gün nöqtə qoyub.

Eks-prezident deyib: "Namizədliyimlə bağlı məsələ artıq müzakirə mövzusu deyil".

Xatırladaq ki, iyunun 24-də Türkiyədə parlament və prezident seçkiləri keçiriləcək.

Seçkilərdə 11 siyasi partiya iştirak edəcək.

Sizə yeni x var
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!