Modern.az

Nazir müavini özünü “Trump Tower”dən atanın olduğunu təkzib etdi

Nazir müavini özünü “Trump Tower”dən atanın olduğunu təkzib etdi

Aktual

28 Aprel 2018, 16:31

Paytaxtın Yusif Səfərov küçəsində yerləşən çoxmərtəbəli binada baş verən yanğın barədə məlumat saat 12:10-da Fövqəladə Hallar Nazirliyinin “Qaynar xətti”nə daxil olub. Yanğın üç saatdan artıq davam edib və artıq tam söndürülüb.

Modern.az xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev jurnalistlərə açıqlamasında deyib.

E.Mirzəyev bildirib ki, yanğının söndürülməsinə 25 texnika və 100-dək canlı qüvvə cəlb edilib. Şəhərin avtomobil yollarında yaranan tıxac iri texnikaların yanğın yerinə yaxınlaşmasına çətinlik törədib. Hazırda yanğının ilkin səbəbləri araşdırılır.

“Yanğın əsasən binanın 18-ci mərtəbəsindən yuxarıda baş verib. Hazırda soyutma işləri aparılır. Yanğınsöndürənlər arasında zəhərlənən, eləcə də hadisə zamanı xəsarət alan olmayıb. Bəzi saytlarda guya kiminsə yanğından xilas olmaq üçün özünü binadan atması barədə məlumatlar verilib ki, bütün bu informasiyalar tam əsassız və yalandır”, - deyə nazir müavini qeyd edib.


Qeyd edək ki, yanğın baş verən bina əvvəllər  Bakıda “Trump Tower” kimi tanınıb.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər