Əfqanıstanda iki terror aktı baş verib.
Modern.az yerli “Paşvak” agentliyinə istinadən məlumat verir ki, partlayışlar nəticəsində 12 nəfər həyatını itirib, 20-dən çox yaralı var.
Birinci partlayış paytaxt Kabulda bazar ertəsi səhər saatlarında baş verib. KİV-in məlumatına görə partlayışı motosikldə kamikadze həyata keçirib. İkinci partlayış isə Nanqarxar əyalətində yola quraşdırılmış mina partlayıb.
Hadisə nəticəsində biri polis olmaqla 6 nəfər həyatını itirib. “Tolo News” kanalının məlumatına görə partlayışda xəsarət alanlar içərisində əyalətin qubernatoru da var.