Modern.az

Formula 1-ə görə istiqaməti dəyişən avtobuslar əvvəlki rejimə qayıdırlar

Formula 1-ə görə istiqaməti dəyişən avtobuslar əvvəlki rejimə qayıdırlar

Aktual

30 Aprel 2018, 10:21

Bakıda Formula 1-ə görə istiqamətini dəyişən avtobuslar sabahdan əvvəlki iş rejiminə qayıdır.


Bakı Nəqliyyat Agentliyindən Modern.az-a bildirlib ki, Formula 1 Azərbaycan Qran Pri yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə hərəkət sxemi müvəqqəti dəyişdirilən 17 marşrut xətti üzrə (1, H1, 2, 4, 5, 6, 8, 14, 18, 31, 37, 46, 61, 65, 77, 88, 124) avtobuslar sabahdan, yəni mayın 1-dən əvvəlki rejimdə fəaliyyət göstərəcəklər.

Fəaliyyəti müvəqqəti dayandırılan 125 nömrəli marşrut xətti üzrə də avtobuslar sabahkı tarixdən sərnişinlərə xidmət göstərəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir