Mərkəzi Amerikadan böyük bir qrup miqrant ABŞ-ın Meksika ilə sarhədində toplaşıb.
Modern.az “Associated Press”ə istinadən xəbər verir ki, 200-ə yaxın miqrant ABŞ hökumətindən sığınacaq istəyir.
Miqrantların böyük əksəriyyətinin Qondurasdan olduğu bildirilir. Onlar əllərində əsasən Qonduras bayrağını tutaraq müxtəlif lozunqlar səsləndirilər. Miqrantlar ABŞ-ın Meksikanın Tixuan əyaləti ilə sərhəd məntəqəsini mühasirəyə alıblar. Onlar ölkələrində müxtəlif qruplaşmalar tərəfindən təhdid olunduqlarını iddia edirlər.
Sərhədçilər artıq bu sayda miqranta sığınacaq verə bilməyəcəkləri barədə onları məlumatlandırıb.
Onlar miqrantlara müəyyən müddət Meksika tərəfdə qalmalı olacaqlarını söyləyiblər. Hazırda onların qəbul olunması üçün işlər gedir.