Modern.az

Türkiyə prezidentliyinə namizədlərin adı bu tarixdə bəlli olacaq

Türkiyə prezidentliyinə namizədlərin adı bu tarixdə bəlli olacaq

30 Aprel 2018, 14:43

24 iyun tarixində keçirilməsi nəzərdə tutulan prezident və parlament seçkilərinə namizədlər bu həftə məlum olacaq.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkiyənin Ali Seçki Şurasının təqvimi əsasında  siyasi partiyalarda prezident olmaq üçün iddialı namizədlər bu həftə açıqlanacaq. Məlumatda qeyd olunur ki, namizədlərin müraciətlərinə sabah baxılmağa başlayacaq.

 Seçicilər tərəfindən irəli çəkilən namizəd üçün lazım olan 100000 imzanın 4-9 may tarixləri arasında toplanması lazımdır. 

 

AKP-nin prezidentliyə namizədi Rəcəb Tayyib Ərdoğan olacaq. Ərdoğanın 4 may tarixində prezidentliyə namizədliyi rəsmən təsdiqlənəcək.

 

CHP partiyasının nümayəndəsi Kemal Kılıçdaroğlunun tezliklə namizədlərini açıqlayacağı gözlənilir. HDP partiyası isə öz namizədini 4 may tarixində açıqlayacağını elan edib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır