Modern.az

Birinci qrup əlillərlə bağlı yeni məqam ortaya çıxıb – Komitə sədri AÇIQLADI

Birinci qrup əlillərlə bağlı yeni məqam ortaya çıxıb – Komitə sədri AÇIQLADI

Aktual

30 Aprel 2018, 15:56

"Birinci qrup əlilllərlə bağlı yeni məqam ortaya çıxıb. Yəni, əlillərlə bağlı yaxın günlərdə müzakirələrə çıxarılacaq”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin əmək və sosial siyasət komitəsinin bu gün keçriklən iclasında “Məşğulluq haqqında” yeni qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı komitə sədri Hadi Rəcəbli deyib.

 

Deputatın sözlərinə görə, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunda belə bir məsələ nəzərdə tutula bilər ki, birinci qrup əlillərə "evdə qulluq" məsələsi reallaşdırılsın.

 

“Yəni, bəzən ailə üzvləri bildirirdilər ki, pul, müavinət verilsə, əlilimizə evdə özümüz qulluq edərik. Yəni, bunu əsasən işləyən ailə üzvləri deyirdilər. Odur ki, belə bir ideya oertadadır və o, qanunda nəzərdə tutula bilər".

 

 

 

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər