Modern.az

Paşinyan iqtidar partiyası ilə danışıqlar apardı

Paşinyan iqtidar partiyası ilə danışıqlar apardı

30 Aprel 2018, 16:44

Paşinyan Milli Məclisdə hakim “Respublika” fraksiyası ilə danışıqlara başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Buna kimi müxalifət lideri “Çıxış”, “Sarukyan” və “Daşnaksütyun” fraksiyaları ilə görüşlər keçirib.

 

Bütün bu fraksiyalar mayın 1-i keçiriləcək seçkilərdə Paşinyanı dəstəkləyəcəklərini bildiriblər.

Qeyd edək ki, may ayının 1-də Ermənistan Milli Məclisində növbədən kənar baş nazir seçkiləri keçiriləcək. Baş nazirin seçilməsi üçün 53 səsə ehtiyac var. Müxalifət liderinin hakim partiyadan 6 səsə ehtiyacı var.

 

Əvəz ZEYNALOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!