Modern.az

Paşinyan bəyan etdi: Sabah baş nazir olacam - Video

Paşinyan bəyan etdi: Sabah baş nazir olacam - Video

Aktual

30 Aprel 2018, 21:44

"Dünyanın gözü Ermənistana və İrəvana dikilib. Sanki sabah burda futbol üzrə çempionat keçiriləcək".

 

Modern.az  xəbər verir ki, bu sözləri Nikol Paşinyan bu gün təşkil edilən mitinqdəki çıxışında deyib. O deyib ki, son 15 gündə dünyanın ən aktual mövzusunu yarada bildilər: “Ölkəmiz daha dünyanın künc-bucağı deyil”.

Öz namizədliyi haqda danışan Paşinyan bidlrib ki, parlamentin 4 fraksiyasından 3-çü onu dəstəkləyir:

 

“Başqa namizəd yoxdur. 3 fraksiya xalqın namizədini dəstəkləyəcəyini bəyan edib. Respublika Partiyası bildirib ki, müdaxilə etməyəcək. Böyük ehtimalla, sizin namizədiniz sabah baş nazir olacaq”.

 

Qeyd edək ki, Nikol Paşinyan bu gün 17:00-da İrəvanda yürüşə başlamışdı. Njde meydanından başlayan yürüş Respublika meydanında 19:00-da mitinqlə davam etmişdi. (axar.az)

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir