Modern.az

Samuxda ər arvadını döyərək öldürüb

Samuxda ər arvadını döyərək öldürüb

Aktual

30 Aprel 2018, 21:50

Samuxda qətl hadisəsi törədilib.

 

Modern.az-ın verdiyi məlumata görə, hadisə rayonun Kolayır kəndində baş verib.

 

Orada yaşayan 1981-ci il təvəllüdlü Ağamir Səmədov ailə münaqişəsi zəminində yaşadığı evin həyətində həyat yoldaşı, 1983-cü il təvəllüdlü Ləman Səmədovanı döyüb. Bədən xəsarətləri alan qadın orada ölüb.

 

 

Cinayəti törədən şəxs saxlanılıb. Məlumata görə, ailənin 3 övladı var.

 

A. Səmədov bundan əvvəl məhkumluq həyatı yaşayıb.

 

Faktla bağlı Samux rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir