Modern.az

Azərbaycan neftinin SON QİYMƏTİ

Azərbaycan neftinin SON QİYMƏTİ

Aktual

1 May 2018, 00:21

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti son dəfə 75,46 dollar/barel təşkil edib ki, bu da daha öncəki günə olan göstəricidən 0,25 dollar/barel azdır. Milli.Az bildirir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin sonuncu qiyməti 74,78 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,28 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin sonuncu qiyməti isə 70,20 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,22 dollar/barel azdır.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti isə 74,46 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,35 dollar/barel azdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir