Rusiya Prezidenti Vladimir Putin və İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub.
Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, telefon danışığı İsrail tərəfinin təşəbbüsü ilə baş tutub.
Müzakirə İranın nüvə proqramı ilə bağlı kəşfiyyat məlumatlarının yenilənməsindən sonra olub.
Tərəflər həmçinin Suriyadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
Bundan əvvəl Netanyahu İranı nüvə proqramı ilə bağlı arxivləri gizli saxlamaqda ittiham edib.