ABŞ-ın “National İnterest” jurnalı ABŞ-ın əsas düşmənlərini müəyyən edib.
Modern.az jurnala istinadən xəbər verir ki, ilk pillədə ölkənin dövlət borcu qərarlaşıb. Ekspertlərin fikrincə, ABŞ texniki defolta doğru sürətlə irəliləyir.
Belə ki, təkcə, borc faizləri ölkənin Ümumi Daxili Məhsulunun 1,6% və federal büdcənin 9,4%-nə çatır. 2022-ci ildə isə bu göstəricinin müvafiq olaraq, 2,7% və 16% olacağı proqnozlaşdırılır.
Xatırladaq ki, ABŞ-ın üumi borcu mart ayında 21 trilyon dolları keçib.