Modern.az

SSRİ-nin məşhur opera müğənnisi vəfat etdi

SSRİ-nin məşhur opera müğənnisi vəfat etdi

Aktual

1 May 2018, 10:36

SSRİ xalq artisti, Türkmənistanın tarixində ilk dəfə Avropa opera partiyalarının ifaçısı Maya Quliyeva 98 yaşında Aşqabadda vəfat edib.

Modern.az-ın məlumatına görə, müğənni ötən gün axşam saatlarında yaşadığı mənzildə dünyasını dəyişib.

Maya Quliyeva 1941-ci ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasını bitirib. Həmin ildən Türkmənistanın Mahtumqulu adına opera və balet teatrında işləyib.

 

1955-ci ildə SSRİ xalq artisti fəxri adına layiq görülüb.

2008-ci ildə Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov tərəfindən Altyn Aу qızıl medalına layiq görülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir