Dominikan Respubliksı Tayvan ilə bütün əlaqələrini kəsdiyini açıqlayıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Dominikan Respublikasının xarici işlər naziri Migel Varqas çinli həmkarı Vanq Yi ilə Pekində görüşüb. Tərəflər iki ölkə arasında diplomatik münasibətlərin qurulması istiqamətində memorandum imzalayıblar.
Memorandumda qeyd olunur: “Dominikan Respublikasının dünyada yalnız Çin Xalq Respublikasının təmsil etdiyi Çini tanıyır, Tayvan da Çinin ərazisinin ayrılmaz hissəsidir”.
Bununla da Dominikan Respublikasının Tayvan ilə əlaqələrini kəsdiyi rəsmiləşib. Memorandumda Çin və Dominikan Respublikasının ortaq maraqları istiqamətində fəaliyyət göstərəcəkləri, iki ölkədə diplomatik səfirliklərin qurulacağı qeyd edilib.
Xatırladaq ki, Panama da ötən il Tayvan ilə diplomatik əlaqələrini kəsərək, vahid Çini tanıdığını açıqlamışdı. Dominikan Respublikasının da eyni qərarı alması ilə Tayvanın müstəqilliyini tanıyan ölkələrin sayı 19-a enib.