Modern.az

CHP-dən prezidentliyə namizəd kim olacaq?

CHP-dən prezidentliyə namizəd kim olacaq?

1 May 2018, 11:40

CHP partiyası prezidentlik üçün namizədini cümə günü saat 10:00-da açıqlayacaq.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkiyədə 24 iyun tarixində üçün keçirilməsi nəzərdə tutulan erkən seçkilərdə CHP partiyasını təmsil edən namizəd cümə günü məlum olacaq. Bu barədə məlumatı mətbuat konfransı keçirən CHP partiyasının sözçüsü Bülent Tezcan verib:

 

“ Prezidentlik üçün namizədimiz Türkiyədə yeni dövrün başlanması üçün başlanğıc olacaq. Prezidentliyə namizədimizi cümə günü saat 10:00-da  böyük bir təntənə ilə açıqlayacağıq. Cümə gününü gözləyin. Daha tez və ya daha gec deyil. Türkiyə üçün xeyirli və uğurlu olsun”.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır