Modern.az

Arvadını döyüb öldürən ər tutuldu  

Arvadını döyüb öldürən ər tutuldu   

Aktual

1 May 2018, 11:48

Aprelin 30-da Samux Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən Kolayır kənd sakini Azadil Qəhrəmanova bir gün əvvəl axşam saatlarında qonşuluqda yaşayan bacısı Ləmanla əri, əvvəllər məhkum olunmuş Ağamir Səmədov arasında münaqişə olduğunu və bu səbəbdən bacısının evdən çıxıb getdiyini bildirib.

Dərhal polis və prokurorluq orqanları əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və həmin gün A.Səmədovun yaşadığı evdə münaqişə zəminində arvadı Ləmanı döyərək qətlə yetirməsi, cəsədini isə “VAZ-21011” markalı avtomobildə Qırmızı Samux kəndinin meşə zolağına apararaq orada basdırması müəyyən edilib.

Modern.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

İstintaq və əməliyyat-axtarış tədbirləri ilə A.Səmədov tutulub.

L.Səmədovanın meyiti eksqumasiya edilib.
Araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir