Modern.az

“1 May bayramı” dünyada necə qeyd olunur? - MARAQLI

“1 May bayramı” dünyada necə qeyd olunur? - MARAQLI

1 May 2018, 11:51

Mayın 1-i bizdən fərqli olaraq bir çox ölkələrdə iş günü sayılmır. Bu bayram əsasən işçilərlə həmrəylik kimi qeyd olunur. Bir çox ölkələrdə isə həmçinin bu bayram yazın gəlişini də bildirir.

 

Modern.az “1 May bayramı” ilə bağlı maraqlı faktları təqdim edir.

 

Yəqin ki bir çoxlarımız bu bayramın kökünün qədim keltlərə gedib çıxdığından xəbərsizdir. Belə ki qədim keltlərdə Belenu tanrısına ithaf olunan “Belteyn” bayramı var. Bu  bayram da yazın gəlişini bildirib. Həmin gün insanlar bayram simvolu olan və “dünyanın oxu” sayılan “may ağacı”nın ətrafına fırlanır, tonqaldan tullanır və təmizlik ritualını həyata keçirirdilər.

 

Bu ənənələr hələ də Rusiya, Skandinaviya və almandilli ölkələrində öz prioritetini qoruyur. Məsələn, may ağacı kimi hər hansı bir dirək və ya ağac qışın “küknar ağacı”na bənzər bəzədilir. Lakin burada bəzək kimi oyuncaqlar asılmır.

 

May ayının adı belə qədim Roma tanrısı Mayestoyun şərəfinə adlandırılıb. Bu  tanrıça torpağın və məhsuldarlığın simvolizə edirdi. İtaliya kəndlərində bu qədim adətlər hələ də qorunub saxlanılır. Qədimdə də olduğu kimi bu gün insanlar torpağı becərdikdən və məhsulu əkdikdən sonra əməkləri daha çox məhsuldarlıq gətirsin deyə  şənliklər keçirirdilər.

 

Həmrəylik günü kimi isə bu bayram dövrümüzdə Çikaqoda baş verən hadisələrlə bağlıdır. 1886-cı il may 1-də Çikaqo fəhlələri dinc aksiya keçirərək iş saatlarının gündəlik 15 saatdan 8 saata azaldılmasını tələb ediblər. Polis etirazçılara qarşı güc tətbiq etməsi azmış kimi kənardan kimsə təxribat edərək qrupa əl bombası atıb. Nəticədə nümayişlərdə insanlar həlak oldu, bəzi iştirakçılar isə günahları sübut olunmamış terrorda ittiham olundular.

 

1889-cu ilin yay aylarında ikinci Beynəlxalq Paris konqresi Çikaqo hadisələrinə həmrəylik olaraq 1 mayı dünya ölkələri işçilərinin Həmrəylik Günü elan etdi və həmin günü müxtəlif nümayişlərlə qeyd olunmasını təklif etdi.

 

Bununla da 1890-cı ildə ABŞ, Almaniya, Fransa, Belçika, Danimarka, İspaniya və bəzi digər ölkələrin işçiləri ilk dəfə olaraq mayın 1-ni qeyd etdilər.

 

Bir çox ölkələrdə bu bayram iki və hətta üç gün qeyd olunur. Burada mayın biri işçilərin həmrəylik günü, ikisi və üçü isə sadəcə istirahət günü kimi qeyd olunur. Həmin günləri işçilər özlərinə və yaxınlarına ayıraraq pikniklər təşkil edir, bir sözlə istirahətdə olurlar.

 

Qeyd etmək lazımdır ki, əməklə məşğul olanlara həsr olunmuş günlər dünyanın 142 ölkəsində bayram edilir. Həmçinin vurğulamaq lazımdır ki bu, tək 1 mayda baş vermir. Müxtəlif ölkələr müxtəlif günlərdə bunu bayram edirlər.

 

Məsələn Yaponiyada 23 noyabrda əməyə minnətdarlıq gününü qeyd edilir.

ABŞ-da isə əmək günü sentyabrın birinci bazar ertəsi qeyd olunur. Bu gün ABŞ-da həmçinin yayın bitməsini simvolizə edir. Həmin gün insanlar müxtəlif piknik, barbekü və kamplar təşkil edərək bayram edirlər.

Avstraliyada isə “8 saat günü” qeyd olunur. Bu bayram ölkənin müxtəlif ştatlarında müxtəlif günlərdə qeyd olunur.

 

Mayın 1-i Fransada rəsmi milli bayramdır. Bu ölkədə günə qədər hələ də kütləvi nümayişlər keçirilir. Fransızlar üçün bu gün üçün ən yaxşı hədiyyə inciçiçəyi zanbağıdır. Bu günü qurudub bir il ərzində saxlayırlar. Mayın biri ərəfəsində təşəbbüskar kommunistlər inciçiçəyi gülünü dənəsini hətta 1 avroya satırlar.

 

İsveçlilər ənənəvi olaraq bir mayı yaz günü və əkin günü kimi qeyd edirlər. İnsanlar parklarda və ya şəhərətrafı meşələrdə toplanır, mahnı oxuyur, rəqs edir, çələnglər toxuyur və tonqallar üzərindən tullanırlar.

 

Almaniyada bu günü “Valpurqis gecəsi” kimi qeyd olunur. Ötən il aprelin 30-dan mayın 1-nə keçən gecə Broken dağının ətəyində təxminən 10 min cadugərlər, kikimor və sehrbazlar toplanıb.

ŞotlandiyaUelsdə hələ də Belteyn bayramı qeyd olunur. Bu gecə mütləq tonqal qalanmalı və üzərindən atlanmaq lazımdır. Şotlandiyanın Edinburq şəhərində hələ də bu  bayram qeyd olunur.

 

İtalyanlar, həmkarlar ittifaqlarına bir az soyuq yanaşırlar. Mayın 1-i günü insanlar sevdikləri qızların pəncərələri altında serenadlar oxuyur. Gənclər qapılarının qarşısında yaşıl bir dal qoyaraq sevdiklərinə evlilik təklif edirlər. Əgər qız razıdırsa dalı götürür, əgər razı deyilsə onu yola atır.

 

Kanada hinduları mayın birini artıq bir neçə əsrdir qeyd edirlər. Bu gecə ayıq yatmaq onlarda böyük günah sayılır.

 

Türkiyədə mayın biri 1980-ci ildə hərbi çevrilişdən sonra ləğv edilmişdi. 2009-cu ildə yenidən qeyd olunmağa başlanılıb.

Havay adalarında mayın biri “Lei Day” kimi qeyd olunur. Lei - bu ən gözəl çiçək çələngləridir. Onu boyunlarına yaxaraq gəzirlər. Ötən il Honolulu bu sahədə bir rekord qoydu. Onlar uzunluğu 162,5 metr olan ən uzun “Lei” çələngi toxudular. Həmin gün Havay adalarında gözəllik yarışları, rəqslər və yarmarkalar keçirilir.

 

Əvəz ZEYNALOV

Whatsapp
Bizə yazın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı