Modern.az

İlham Əliyev camaatın müraciətindən sonra Şağan orta məktəbinə gedib

İlham Əliyev camaatın müraciətindən sonra Şağan orta məktəbinə gedib

Təhsil

17 Avqust 2011, 17:57

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirədə kənd və qəsəbələrdə abadlıq və quruculuq işləri ilə bağlı verdiyi tapşırıqların icrası ilə tanış olmaq üçün avqustun 17-də Xəzər rayonunun Şağan qəsəbəsində görülən işlərlə yaxından tanış oub.

Modern.az AzərTac-a istinadən bildirir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Azərbaycan Prezidentinə qəsəbənin planı əsasında məlumat verib.
Bildirilib ki, Şağanda 35 min kvadratmetrə yaxın qəsəbədaxili yollara yeni asfalt örtüyü döşənib. Qəsəbənin işıqlandırma sistemi müasir standartlara uyğun şəkildə yenidən qurulur. İndiyədək küçələrdə 100-ə yaxın yeni işıq dirəyi quraşdırılıb və bu proses hazırda davam etdirilir. Qəsəbədə işıq, su və qazlaşdırma ilə bağlı bütün məsələlər demək olar ki, həllini tapıb. Şağan qəsəbəsində kanalizasiya sisteminin quraşdırılması da nəzərdə tutulur. Görülən işlər və həyata keçirilən abadlıq və quruculuq tədbirləri qəsəbənin simasını tamamilə dəyişib.
Abadlıq və quruculuq işləri ilə yaxından tanış olan Prezident İlham Əliyev qəsəbə sakinləri ilə görüşüb, onların arzu və təkliflərini dinləyib.
Sakinlər Şağan qəsəbəsində həyata keçirilən abadlıq və quruculuq tədbirlərinə görə dövlət başçısına minnətdarlıq ediblər. Qəsəbə sakinləri Şağanda yeni mədəniyyət evinin inşa olunmasını və qəsəbədəki Fizuli Gözəlov adına 124 nömrəli orta məktəb binası üçün yeni korpusun tikilməsini Prezident İlham Əliyevdən xahiş ediblər.
Sakinlərlə görüşdən sonra dövlət başçısı 124 nömrəli orta məktəbə gedərək buradakı vəziyyətlə yerindəcə tanış odub. Bildirilib ki, 520 şagird yerlik bu məktəbdə 800-ə yaxın şagird təhsil alır. Məktəbdə dərslər iki növbədə keçilir.
Buradakı şəraitlə yaxından tanış olan Prezident İlham Əliyev məktəbin əsaslı şəkildə təmir olunmasını tapşırıb. Dövlət başçısı qəsəbədəki şagird sıxlığını nəzərə alaraq əlavə korpusun əvəzinə gələn il üçün Şağan qəsəbəsində 1000 şagird yerlik yeni məktəb binasının inşa olunması ilə bağlı göstərişlərini verib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım