Azərbaycanda yeni medal təsis edilib.
Modern.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra dəyişiklik səsə qoyularaq qəbul edilib.