“Cənab prezident Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı sərəncam imzalayıb. Həmin sərəncamda Milli Məclisə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi tapşırılıb”.
Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin sədrinin müavini Bahar Muradova deyib. Bahar Muradova bildirib ki, Milli Məclis Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsinə hazır olmalıdır.
“Məlumat üçün bildirim ki, Milli Məclisin sədri Oqtay Əsədovun tapşırığı ilə yubileyə hazırlıq üzrə xüsusi qrup yaradılıb. Bu qrup artıq hazırlıq işlərinə başlayıb.
Həmçinin bildirim ki, Azərbaycan parlamentinin yaradılmasının 100 illiyi ilə bağlı da yubiley medalının təsis edilməsi istiqamətində iş gedir”.