Ötən gecə İspaniya superkubokunun cavab görüşü keçirilib. Məşhur Nou-Kamp" stadionunda "Barselona" və "Real" klubları üz-üzə gəlib.
Madriddə baş tutmuş ilk oyunda hesab bərabərə qalmışdı - 2:2. Buna görə də cavab görüşü olduqca maraq doğururdu. Milyonlarla tamaşaçının izlədiyi bu matç "Barselona"nın qələbəsilə yekunlaşıb - 3:2. Belədə "Barelona" İspaniya superkubokunun sahib olub.
"Barselona" - "Real" - 3:2 (ilk oyun - 2:2)
Qollar: İniyesta, 15 (1:0), Ronaldo, 20 (1:1), Messi, 45 (2:1), 88 (3:2), Benzema, 82 (2:2)
Modern.az