Modern.az

Əfv Komissiyası 100 müraciətə baxdı

Əfv Komissiyası 100 müraciətə baxdı

Aktual

1 May 2018, 17:12

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Bu barədə Modern.az-a Komissiya üzvü Rəşad Məcid bildirib.

 

Onun sözlərinə görə, iclasda komissiyaya daxil olan 100-dən artıq müraciətə baxılıb və onların bir hissəsi ilə bağlı müsbət qərar qəbul edilib.

R.Məcid deyib ki, bu həftə ərzində iclasların yekunlaşacağı gözlənilir:

 

“Komissiyanın bu həftə ərzində daha bir neçə iclas keçirərək ərizələrə baxılmasını yekunlaşdıracağı gözlənilir”.

 

Qeyd edək ki, Əfv Məsələləri Komissiyası bu ilin yanvar ayının sonlarından başlayan iclaslarında indiyə qədər 500-dən artıq müraciətə baxıb.

 

Ümumilikdə isə Komissiyaya 1000-ə yaxın müraciət daxil olub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir