Modern.az

Süpürgəçi zibil qutusunda qızıl külçələr tapdı

Süpürgəçi zibil qutusunda qızıl külçələr tapdı

Aktual

1 May 2018, 23:50

Cənubi Koreyada süpürgəçi İnçhon şəhərinin beynəlxalq aeroportundakı zibil qutusunda 350 milyon von (təxminən 327 min ABŞ dolları) dəyərində qızıl külçələr tapıb.

 

Modern.az xəbər verir ki, “The Korea Times” qəzetinin polisə istinadla yaydığı məlumata əsasən, qızılın sahibi müəyyən edilməyib. O, yaxın 6 ay ərzində üzə çıxmazsa, süpürgəçi bu sərvətin rəsmi sahibi olacaq.

 

Əgər qızılın yiyəsi məlum olsa belə, tapıntının bazar dəyərinin 20 faizi süpürgəçiyə veriləcək. Lakin qızıl külçələr hər hansı cinayətlə bağlı olduğu halda, ona heç nə çatmayacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir