Bu gün UEFA Çempionlar Liqasında ikinci finalçının adı məlum olacaq.
Modern.az xəbər verir ki, yarımfinalın cavab matçında “Roma” “Liverpul”u qəbul edəcək.
Liverpulda keçirilən ilk görüşdə 5:2 hesabı ilə qalib gələn İngiltərə komandası finala yüksəlmək üçün böyük üstünlük əldə edib.
Əvvəlki mərhələdə "Barselona"nı 3:0 hesabı ilə məğlub edən "Roma"nın növbəti sensasiyaya gücünün çatıb-çatmayacaöı maraq doğurur.
Qeyd edək ki, cütün qalibi finalda “Real”la üz-üzə gələcək.
2 may
Çempionlar Liqası
Yarımfinalın cavab oyunları
22:45. "Roma" (İtaliya) - "Liverpul" (İngiltərə)
İlk oyun - 2:5
Baş hakim: Damir Skomina (Sloveniya)
Roma. "Olimpiya" stadionu