Modern.az

Nazirlik meteohəssas insanlara xəbərdarlıq etdi

Nazirlik meteohəssas insanlara xəbərdarlıq etdi

Təhsil

18 Avqust 2011, 12:06

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə  Bakıda və Abşeron yarımadasında avqustun 19-da hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 22-25 dərəcə, gündüz 30-35 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında Avqustun 19-da hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 21-26 dərəcə, gündüz 32-37 dərəcə, dağlarda gecə 12-17 dərəcə, gündüz 21-26 dərəcə isti təşkil edəcək. 

Tibbi-meteoroloji proqnoza əsasən, həftənin sonunadək Abşeron yarımadasında əksər əhalinin uyğunlaşdığı temperatur şəraiti gözlənilsə də, havada rütubətin çox olması səbəbindən meteohəssas insanlarda diskomfort hissi yarana bilər.

Modern.az  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım