Modern.az

TQDK-dan 600-dən çox bal toplayan abituriyentlərə xoş xəbər

TQDK-dan 600-dən çox bal toplayan abituriyentlərə xoş xəbər

Təhsil

18 Avqust 2011, 12:12

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) builki qəbul imtahanlarında 600 -dən çox bal toplayan abituriyentlərə xoş xəbər verib. TQDK ali təhsil müəssisələrinə yüksək balla qəbul olan gənclərin təcrübəsinin öyrənilməsi, yayılması, ictimaiyyətə tanıdılması və mükafatlan­dırılması məqsədilə bir sıra tədbirlər keçirməyi nəzərdə tutub.
TQDK-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib ki,  “Abituriyent” jurnalının ayrıca bir nömrəsi bütünlüklə onlara həsr ediləcək. Odur ki, 600 və daha yüksək bal toplayan gənclər “Abituriyent” jurnalının 6-cı sayında və ya TQDK-nın internet saytında verilən  anket sorğusunu doldurmalı və onunla birlikdə 1 ədəd 3x4 sm ölçüdə, keyfiyyətli çəkilmiş rəngli fotoşəkili TQDK-ya və ya onun Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Quba şəhərlərində yerləşən regional bölmələrindən birinə təqdim etməlidirlər . 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım