Modern.az

Azərbaycanda məşhur şirkətə hücum - 70 min manat apardılar

Azərbaycanda məşhur şirkətə hücum - 70 min manat apardılar

Aktual

2 May 2018, 11:11

Mingəçevir şəhərində şirkət əməkdaşına hücum olub, onun üzərindəki külli miqdarda pul aparılıb.

"Report"un Şirvan bürosunun verdiyi məlumata görə, "Veysəloğlu" Şirkətlər Qrupunun Mingəçevir filialında çalışan Abdullayev Elvin Rafiq oğlu yaşadığı binadan çıxarkən 2 nəfərin hücumuna məruz qalıb. Naməlum şəxslər zərərçəkənin əlində olan çantanı alaraq qaçıblar. 

Məlumata görə, çantanın içərisində "Veysəloğlu" Şirkətlər Qrupuna məxsus 70 min manat vəsait olub.

Faktla bağlı araşdırma aparılır. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir